Şəkidə hostellər varmı?

Day.Az представляет новость на азербайджанском языке:

Festivallar ərəfəsində Şəkiyə gələn qonaqların sayı artıb. Qonaqlar adətən tarixi məkanları gəzməyə, milli yeməklərimizin dadına baxmağa, adət-ənənələrimizlə tanış olmağa üstünlük verirlər. Ona görə də onların əksəriyyəti sadə evlərdə gecələmək istəyirlər. Bəzən bu və ya digər işlə əlaqədar gələnlər də bir günlük gecələmək üçün məkana ehtiyac duyurlar. Bəs Şəkidə belə məkanlar - hostelləri tapmaq mümkündürmü?
 

"KANAL S" ( Region TV) xəbər verir ki, Avropada çox geniş yayılmış hostellər qonaqların bir və ya bir neçə günlük gecələməsi üçün məkanlardır. Hostellərdə ancaq yataq verilir. Bu isə gecəni çöldə keçirmək və bunun üçün də artıq pul ödəmək istəməyən turist üçün ən əlverişli yoldur. Hazırda Azərbaycanda hostellər o qədər də çox deyil. Şəkiyə gəldikdə isə umumiyyetlə, hostellər yoxdur. Ancaq burda turistlərə evlər təklif edilir. Bir gecəlik qalmaq istəyən turistlər üçün bu cür evlərin qiymətləri də baha deyil. Mədəniyyət və Turizm şöbəsindən verilən məlumata görə, hazırda Şəkiyə gələn turistlərin 5%-i bu cür evlərdə qalmağa üstünlük verirlər. Həmçinin idarədən rayonda 70-ə yaxın belə evin olduğu bildirilib.

Təbii ki, hostellərdən fərqli olaraq bu cür evlərdə qalmağın başqa üstünlükləri də var. Əksər evlərin həyətinin olması, həmçinin ev sahibi ilə aparılan danışıqlar nəticəsində qiymətdə endirimə və ya səhər yeməyinin verilməsinə nail olmaq belə üstünlüklərdəndir.

Şəki Ailə və Turizm mərkəzindən isə rayonda 20-ə yaxın hostel məqsədi ilə inşa edilmiş evlərin olduğu bildirilib. Bunlardan 6-sı şəhərdə, digərləri isə kəndlərdədir. Kəndlərdə olan evlər hələlik istifadəyə verilməyib. Lakin mərkəzdən bu istiqamətdə işlərin aparıldığı bildirilib. Ancaq bütün bunlarla yanaşı bu cür evləri tapmaq üçün gələn turistlər gərək şəhərdə fəaliyyət göstərən maklerlərə müaricə etsinlər. Belə ki, şəhər ərazisində həmin evlərin harda olduğunu göstərən heç bir nişan və ya plakat yoxdur.