Bakıda ev yandı

Day.Az представляет статью на азербайджанском языке:

Bakının Yasamal rayonunda ev yanıb.
 

Fövqəladə Hallar Nazirliyindən APA-ya verilən məlumata görə, vətəndaşa məxsus (özbaşına tikilmiş, taxta konstruksiyalardan ibarət) ümumi sahəsi 80 kv.m olan birmərtəbəli 3 otaqlı ev, yaxınlıqdakı digər vətəndaşa məxsus ümumi sahəsi 20 kv.m olan köməkçi tikilinin yanar konstruksiyaları və 1 ha sahədə məişət tullantıları yanıb.

Yaxınlıqdakı tikililər yanğından mühafizə olunub.
 

Yanğın saat 13:57-də yanğınsöndürənlər tərəfindən söndürülüb.