İmtahanqabağı həyəcandan necə xilas olmaq olar?

Day.Az представляет статью на азербайджанском языке:

Qəbul imtahanları yaxınlaşdıqca abituriyentlərdə həyəcan hissi artır.
 

Bu həyəcanın əsas səbəblərindən biri valideynlər və həmyaşıdlar yanında məyus olmaq, onların ümidlərini doğrultmamaq qorxusudur. Bəs imtahanqabağı həyəcandan necə xilas olmaq olar? Sterssi aradan qaldırmaq üçün sakitləşdirci həblərdən istifadə etmək düzgündürmü?
 

Kəpəz TV-nin (Region TV) xəbər verir ki, təcrübə göstərir ki, ciddi valideyn nəzarəti alıtında olan abituriyentlər daha çox həyəcan hissi keçirir. Böyüklərin təzyiqi, onsuz da, mövcud olan imtahan stressini bir az da artırır. Bu da sonda xoşagəlməz nəticələrə səbəb ola bilər. Psixoloqlar bildirirlər ki, valideynlər daha diqqətli olmalı, övladlarına təzyiq göstərməkdənsə, onlara dəstək olub, ürək-dirək verməlidirlər. Xüsusi ilə də imtahana az vaxt qalıbsa...
 

Təranə Abbasova, psixoloq: "Onları bir neçə gün sərbəst buraxsınlar, istirahətə yönəltsinlər. Yeməklərinə fikir versinlər. Meyvə-tərəvəzlə qidalansınlar. Dəniz kənarında gəzsinlər, istirahət məkanlarına getsinlər. Bir neçə gün əvvəl dərs oxumağı dayandırsınlar ki, beyin dincəlsin və imtahana hazır olsun".
 

Həyəcanı aradan qaldırmaq üçün hansısa həblər yerinə, təbii üsullarla sakitləşməyə çalışmaq daha məsləhətlidir. Açıq havada gəzmək, müxtəlif nəfəs gimnastikaları etmək sinirləri daha çox sakitləşdirir. Mütəxəssislər sakitləşdirici həblərdən yalnız zəruri hallarda və imtahandan bir neçə gün əvvəl istifadə etməyi məsləhət görür.
 

Təranə Abbasova: "Uşaqlar adətən gecələr oxumağı üstün tuturlar və artıq oyaq qalmağı vərdiş edirlər. İmtahana üç - dörd gün qalmış valerianlardan istifadə etmək olar ki, onlar rahat yatsınlar və beyinləri dincəlsin. Nə qədər çox yatsalar, beyin bir o qədər sakit olar".
 

Abituriyentlərə imtahanqabağı həyəcan haradasa başa düşüləndir. Amma unutmayaq ki, bir insanın əldə edə biləcəyi heç bir uğur onun sağlamlığı və həyatından daha dəyərli deyil.