Məhbusdan narkotik götürüldü

Day.Az представляет статью на азербайджанском языке:

Bakıda həbsxanada cəza çəkən məhbusda narkotik vasitə aşkar edilib.
 

Xətai Rayon Polis İdarəsindən APA-ya verilən məlumata görə, hadisə Ədliyyə Nazirliyinin Penitensiar Xidmətin 7 saylı Cəzaçəkmə müəssisəsində qeydə alınıb.
 

Həmin müəssisədə Cinayət Məcəlləsinin 221 (xuliqanlıq) maddəsi ilə cəza çəkən 1977-ci il təvəllüdlü Mahir Cabir oğlu Novruzovun dolabından narkotik vasitə sayılan heroin götürülüb.

Hazırda faktla bağlı araşdırma aparılır.