Erməni zabitlər bizim torpaqlarımızda qəza törətdilər: 2 ölü, 2 yaralı

Day.Az представляет статью на азербайджанском языке:

Azərbaycanın erməni işğalı altında olan ərazisində içərisində hərbçilər olan avtomobil qəzaya uğrayıb.

APA-nın "news.am" saytına istinadən verdiyi məlumata görə, "VAZ 2106" markalı avtomobil yoldan çıxaraq dərəyə aşıb.

Nəticədə avtomobilin sürücüsü və bir sərnişini ölüb, avtomobildə olan daha iki nəfər isə xəsarət alıb.

Ölən və yaralananların hamısı zabitdir.