Maşın dərəyə yuvarlanıb, 3 nəfər xəsarət alıb

Day.Az представляет новость на азербайджанском языке.


Zaqatalada yol-nəqliyyat hadisəsi baş verib. Qəza nəticəsində üç nəfər xəsarət alıb. Onlardan ikisinin vəziyyəti ağırdır.
 

Milli.Az "report"a istinadən xəbər verir ki, qəza Yevlax-Zaqatala-Gürcüstan magistral yolunda qeydə alınıb.

Yevlax rayon sakini 49 yaşlı Kərimov Xəlil Hüseyn oğlu idarə etdiyi "VAZ 2109" markalı, 02 BH 884 dövlət qeydiyyat nişanlı avtomobil ilə Zaqatala rayonu istiqamətində hərəkətdə olarkən idarəetməni itirib və nəticədə maşın çayın üzərindəki körpünün dəmir məhəccərlərini aşaraq yolun kənarındakı dərəyə yuvarlanıb.

Hadisə nəticəsində sürücü Xəlil Kərimov, avtomobildə olan sərnişinlər, sürücünün kürəkəni Yevlax rayon sakini 61 yaşlı Bəşirov Qaryağdı Camal oğlu və Bakı şəhər sakini 54 yaşlıƏsgərzadə Məlahət Məmmədhəsən qızı aldıqları müxtəlif dərəcəli bədən xəsarətləri ilə Zaqatala Rayon Mərkəzi Xəstəxanasına çatdırılıblar. Vəziyyəti ağır olan Qaryağdı Bəşirovun sağ qolu dirsəkdən yuxarı amputasiya edilib. Digər yaralı Məlahət Əsgərzadə isə yuxarı və aşağı ətrafların sınığı ilə orta ağır vəziyyətdə xəstəxananın Travmatologiya şöbəsinə yerləşdirilib. Xəlil Kərimovun xəsarətləri yüngül olduğundan ona ilkin tibbi yardım edildikdən sonra ambulator müalicə almaq şərti ilə evə buraxılıb.

Faktla bağlı Baş Dövlət Yol Polisi İdarəsinin istintaq və təhqiqat bölməsində cinayət işi başlayıb, araşdırma aparılır.