Zavod partlayışında xəsarət alanlarla bağlı SON XƏBƏR - YENİLƏNİB - FOTO -VİDEO

Day.Az представляет новость на азербайджанском языке:
---------
23:55
Şirvanda Müdafiə Sənayesi Nazirliyinə məxsus "Telemexanika" zavodunda baş verən partlayış nəticəsində xəsarət alanlardan dördünün vəziyyəti ağırdır. Bu səbəbdən onların müalicəsinin paytaxtda davam etdirilməsinə qərar verilib.

ANS TV-nin məlumatına görə, Şirvanda, Müdafiə Sənayesi Nazirliyinə məxsus "Telemexanika" zavodunun 3-cü sexində baş verən partlayış nəticəsində yaralanan 6 nəfərdən 4-ü Bakıya gətirilib. Əziz Əliyev adına cərrahiyyə klinikasının yanıq şöbəsinə yerləşdirilən yaralıların vəziyyəti ağır olaraq qalır.

"Şirvan şəhərindən 4 nəfər - 1971-ci il təvəllüdlü Səttarova Xatirə, 1961-ci il təvəllüdlü Muradova Gülnarə, 1973-cü il təvəllüdlü Mehdiyeva Zülfiyyə, 1966-cı il təvəllüdlü Əbilova Mehparə ağır vəziyyətdə reanimasiya şöbəsinə yerləşdirilib. Yaralıların müalicəsi davam etdirilir. Hazırda 4 nəfər yaralının vəziyyəti ağır olaraq qalır", - deyə yanıq şöbəsinin müdiri Şöhrət Məmmədov bildirib.

Ötən gün Şirvan şəhərində Müdafiə Sənayesi Nazirliyinə məxsus "Telemexanika" zavodunun 3-cü sexində baş verən partlayış nəticəsində sexin tavanı çöküb. Yanğınla müşahidə olunan partlayış nəticəsində bir nəfər həyatını dəyişib.

Şirvan Şəhər Prokurorluğunda verilən məlumata görə, yanğınla bağlı cinayət işi başlayıb. Partlayışa səbəb kimi ilkin olaraq qısa qapanma göstərilir.

Hadisə ilə bağlı araşdırmalar davam edir.

---------
16:45

Dünən səhər saatlarında Müdafiə Sənayesi Nazirliyinin Şirvan şəhərində fəaliyyət göstərən Telemexanika zavodunda baş verən partlayışda yanıq xəsarəti alan qadınlardan 4-nün vəziyyətin ağırdır. Qadınlar Bakıya gətirilərək 5 saylı şəhər klinikasından yanıq şöbəsinə yerləşdiriliblər. Şöbənin müdiri Şöhrət Məmmədov "Yeni Müsavat"a deyib ki, hazırda şöbədə olan qadınlar bunlardır: 44 yaşlı Xatirə Səttarova, 49 yaşlı Gülnarə Muradova, 42 yaşlı Zülfiyyə Mehdiyevavə, 49 yaşlı Mehparə Əbilova.

Şöbə müdiri xəstələrin şokda olduğunu da açıqlayıb: "Deyirlər ki, elektrik qısaqapanması olub, hər 4 xəstə ağır dərəcəli yanıq xəsarətləri alıb, xəstələr şokdadırlar".

Şöbə müdiri xəstələrin barıtdan yanması ilə bağlı iddialara da münasibət bildirdi: "Dəqiq bimirik, amma bizə elə deyirlər. Dəqiqini işi aparanlar bilər. Termiki yanıq xəsarətləridir. Özləri də deyirlər ki, tokdan nəsə alışıb və hadisə olub".

Ş.Məmmədov xəstələrdən birinin ölməsi haqda əvvəl yayılan məlumatların doğru olmadığını da açıqlayıb. Həkim deyib ki, xəstələrin vəziyyətləri ağır-stabildir.

Yada salaq ki, hərbi təyinatlı zavodda baş vermiş partlayış zamanı Şirvan şəhər sakini, 1967-ci il təvəllüdlü Raziyə Cəfərxan qızı Süleymanova aldığı ağır dərəcəli yanıq xəsarətlərindən hadisə yerində keçinib, 19 nəfər yanıq xəsarətləri ilə xəstəxanaya çatdırılıblar.

Х Х Х

Müdafiə Sənayesi Nazirliyi Şirvan rayonundakı Telemexanika Zavodunda qısaqapanma nəticəsində baş vermiş hadisədə yaralanan şəxslərin səhhəti ilə bağlı daha bir məlumat yayıb.

Nazirliyin mətbuat xidmətindən Lent.az-a verilən məlumata görə, Telemexanika Zavodunda xəsarət alan işçilərin müalicəsi davam etdirilir. Nazirlik bəzi informasiya agentliklərinin hadisə nəticəsində xəsarət alanların səhhəti ilə bağlı ictimaiyyətə yanlış informasiyalar çatdırmasına görə təəssüfləndiyini bildirib: "Hadisə zamanı xəsarət alan altı nəfər hazırda həkim nəzarəti altındadır və vəziyyətləri ağır olaraq qalır".

---------
15:24

Müdafiə Sənayesi Nazirliyinin Şirvan rayonundakı "Telemexanika" Zavodunda baş vermiş partlayış nəticəsində yaralanan şəxslərdən daha birinin öldüyü barədə xəbər yayılıb.

Lent.az-ın məlumatına görə, musavat.com saytı bu barədə xəbər yayıb. Faktı dəqiqləşdirmək üçün yanğında xəsarət almış 4 nəfərin yerləşdirildiyi Respublika Yanıq Mərkəzi ilə əlaqə saxladıq. Mərkəzdən Lent.az-a bildirdilər ki, buraya yerləşdirilmiş xəstələr arasında dünyasını dəyişən yoxdur. Yanğında xəsarət almış şəxslərin 4-ü də yaşayır, ancaq səhhətləri ağır olaraq qalır.

Xatırladaq ki, dünən Şirvandakı "Telemexanika" Zavodunda baş vermiş partlayış nəticəsində bir nəfər ölüb, 19 nəfər zəhərlənmə və yanıq diaqnozu ilə Şirvan Şəhər Mərkəzi Xəstəxanasına yerləşdirilib. Onlardan 13-nə ambulator yardım göstərilərək evə buraxılıb

---------
15:22

Şirvan şəhərində "Telemexanika" zavodunda baş verən yanğınla bağlı cinayət işi başlayıb.

İyulun 6-da Müdafiə Sənayesi Nazirliyinin Şirvan şəhərində yerləşən "Telemexanika" zavodunda yanğın baş verib.

Şirvan şəhər prokurorluğundan Trend-ə verilən məlumata görə, bununla bağlı prokurorluq, polis və Fövqəladə Hallar Nazirliyinin əməkdaşları dərhal hadisə yerinə çıxıblar. Həyata keçirilmiş təxirəsalınmaz tədbirlər nəticəsində yanğının qarşısı alınıb. Ekspertlərin iştirakı ilə hadisə yerinə baxış keçirilib, ekspertiza tədqiqatı üçün nümunələr götürülüb və digər prosessual hərəkətlər yerinə yetirilib.

İlkin araşdırmalarla müəyyən edilib ki, zavodun sexlərinin birində baş vermiş yanğın və partlayış nəticəsində 1959-cu il təvəllüdlü Raziyyə Süleymanova aldığı yanıq xəsarətlərindən hadisə yerində ölüb, sexdə işləyən digər şəxslər müxtəlif dərəcəli bədən xəsarətləri alıblar.

Hadisə nəticəsində xəsarət alanlardan 12 nəfər ambulator tibbi yardım alaraq evə buraxılıb, 9 nəfər isə stasionar müayinə üçün şəhər mərkəzi xəstəxanasına yerləşdirilib.

Faktla bağlı şəhər prokurorluğunda Cinayət Məcəlləsinin 223.2-ci (partlayış təhlükəli obyektlərdə təhlükəsizlik qaydalarını pozma ağır nəticələrə səbəb olduqda) maddəsi ilə cinayət işi başlayıb, hadisənin baş vermə səbəblərinin müəyyənləşdirilməsi məqsədi ilə müvafiq ekspertizalar təyin edilib.

---------
14:43

Dünən səhər saatlarında Müdafiə Sənayesi Nazirliyinin Şirvan şəhərində fəaliyyət göstərən Telemexanika zavodunda baş verən partlayışda yanıq xəsarəti alan qadınlardan daha biri bu gün vəfat edib. Bu barədə Musavat.com-a məlumatlı mənbə xəbər verib.

Onun sözlərinə görə, partlayışda xəsarət alan 19 nəfərdən 13-ü ilk tibbi müdaxilənin ardından evlərinə buraxılsa da, 6 nəfərin stasionar qaydada müalicəsi davam edirdi və onlardan bir neçəsi Bakıya gətirlmişdi. Bu gün isə onlardan biri müalicə aldığı klinikada vəfat edib. Mərhum qadının ad-soyadını bir qədərdən sonra yazacağıq.

Qeyd edək ki, ağır xsarət alanlar aşağıdakılardır.

1966-cı il təvəllüdlü Əbilova Mehparə Qurban qızı (yanıq xəsarəti)

1961-ci il təvəllüdlü Muradova Gülnarə Vəlixan qızı (yanıq xəsarəti)

1971-ci il təvəllüdlü Səttarova Xatirə İnşallah qızı (ağır vəziyyətdə reanimasiyadadır)

1964-cü il təvəllüdlü Vəliyeva Həlimə Ordu qızı (yanıq xəsarəti)

1960-cı il təvəllüdlü Rzayeva Şərqiyyə Ədalət qızı (yanıq xəsarəti)

1973-cü il təvəllüdlü Mehdiyeva Zülfiyyə Kamal qızı (yanıq xəsarəti).

-----------------
07.07.2015
13:24


Müdafiə Sənayesi Nazirliyinin (MSN) Şirvan şəhərində yerləşən "Telemexanika" Zavodunda baş vermiş partlayış nəticəsində xəsarət alanlardan daha biri Respublika Yanıq Mərkəzinə yerləşdirilib.

Respublika Yanıq Mərkəzindən APA-ya verilən xəbərə görə, bu, 1966-cı il təvəllüdlü Əbilova Mehparə Qurban qızıdır.

Mərkəzdən onu da bildiriblər ki, yaralıların hamısı reanimasiya şöbəsindədir, vəziyyətləri ağır olaraq qalır.
 

Qeyd edək ki, xəsarət alanlardan 3 nəfər - 1961-cı il təvəllüdlü Muradova Gülnarə Vəlixan qızı, 1973-cü il təvəllüdlü Mehdiyeva Zülfiyyə Kamal qızı və 1971-ci il təvəllüdlü Səttarova Xatirə İnşallah qızı dünən Respublika Yanıq Mərkəzinə gətiriliblər.
 

Xatırladaq ki, dünən Şirvandakı "Telemexanika" Zavodunda baş vermiş partlayış nəticəsində bir nəfər ölüb, 19 nəfər zəhərlənmə və yanıq diaqnozu ilə Şirvan Şəhər Mərkəzi Xəstəxanasına yerləşdirilib. Onlardan 13-nə ambulator yardım göstərilərək evə buraxılıb.

----------------
06.07.2015
20:02


Müdafiə Sənayesi Nazirliyinin (MSN) Şirvan şəhərində yerləşən "Telemexanika" zavodunda baş vermiş partlayış nəticəsində xəsarət alanlardan 3 nəfər Respublika Yanıq Mərkəzinə yerləşdirilib.


Respublika Yanıq Mərkəzindən APA-ya verilən xəbərə görə, bunlar 1961-cı il təvəllüdlü Muradova Gülnarə Vəlixan qızı, 1973-cü il təvəllüdlü Mehdiyeva Zülfiyyə Kamal qızı və 1971-ci il təvəllüdlü Səttarova Xatirə İnşallah qızıdır.

Mərkəzdən onu da bildiriblər ki, yaralıların hamısı reanimasiya şöbəsinə yerləşdirilib. Onların vəziyyəti ağır olaraq qalır.


--------
18:47

Müdafiə Sənayesi Nazirliyi (MSN) bu gün Şirvan şəhərində "Telemexanika" zavodunda baş verən hadisə ilə bağlı rəsmi məlumat yayıb.


MSN-in mətbuat xidmətindən APA-ya verilən məlumata görə, bu gün saat 11:30 radələrində zavodun sexlərinin birində yaranmış qısaqapanma nəticəsində sıçrayış olub və nəticədə 20 kvadratmetr sahədə yanğın baş verib.

Yanğın nəticəsində zavodun bir əməkdaşı dünyasını dəyişib, 6 nəfər isə xəsarət alıb. Xəsarət alanlar xəstəxanada həkim nəzarəti altındadır.


--------
15:53

Şirvanda zavodda baş verən qəzanın ilkin səbəbi məlum olub.

Şirvan şəhər İcra Hakimiyyətinin birinci müavini Samit Abıyev APA-ya açıqlamasında bildirib ki, Müdafiə Sənayesi Naziyinə məxsus Telemexanika Zavodunda hadisə qısaqapanma nəticəsində baş verib.

S. Abıyev yanğın nəticəsində dünyasını dəyişən şəxsə maddi yardım ediləcəyini bildirib.

MSN Telemexanika Zavodunun direktoru Usubağa Məmmədov APA-ya açıqlamasında bildirib ki, saat 11:55-də zavodda 30 kv.m sahədə yanğın baş verib. Nəticədə 1 nəfər ölüb, bir neçə nəfər yüngül xəsarət alıb.

Yanğının səbəbi ilə bağlı müvafiq qurumların araşdırma apardığını, ilkin olaraq yanğının elektrik xəttində qısaqapanmadan baş verdiyinin ehtimal olunduğunu bildirən U. Məmmmədov deyib ki, yanğın zamanı 2 nəfərin ölməsi 30 nəfərin xəsarət alması barədə xəbərlər həqiqəti əks etdirmir, bunlar şaiyədir.

Səhiyyə Nazirliyinin mətbuat xidmətinin rəhbəri Liya Bayramova APA-ya deyib ki, hadisə nəticəsində xəsarət alan 19 nəfərdən 13-ü evə buraxılıb, 6 nəfərin müalicəsi stasionar qaydada davam etdirilir.

---------
15:52

Bu gün Şirvan şəhərində yerləşən Telemexanika zavodunda baş vermiş partlayış nəticəsində ümumilikdə Səhiyyə Nazirliyinin Bakı və Şirvan şəhərinin 8 Təcili Tibbi yardım briqadası cəlb olunub. Səhiyyə Nazirliyinin mətbuat xidmətindən APA-ya verilən xəbərə görə, 19 nəfər zəhərlənmə və yanıq diaqnozu ilə Şirvan Şəhər Mərkəzi Xəstəxanasına yerləşdirilib.

Qeyd olunub ki, xəstəxanada bütün tibbi şərait yüksək səviyyədə təşkil olunub və zərərçəkmiş vətəndaşlara lazımi tibbi yardım göstərilir. Daxil olmuş 19 nəfərdən 13-nə ambulator yardım göstərilərək evlərinə buraxılıblar.

Hadisə ilə əlaqədar olaraq Səhiyyə Nazirliyi Təcili və Təxirəsalınmaz Xidmətindən Şirvan şəhərinə toksikoloq, yanıq cərrahı və reanimotoloq briqadası ezam olunub. Hazırda xəstəxanada olan 6 nəfərin müalicəsi aparılır.
 

---------
14:55

Şirvan şəhərinin icra hakimiyyətinin başçısı Mərdan Camalov hazırda Azərbaycanda yoxdur.

Bu barədə "Report"a İcra Hakimiyyətindən məlumat verilib.

Bildirilib ki, icra başçısı hazırda məzuniyyətdədir və ölkədən kənardadır: "Mərdan Camalova baş vermiş hadisə haqda məlumat verilib. Məzuniyyətdə və xaricdə olmasına baxmayaraq öz müavinləri və Şirvanın müvafiq qurumlarının rəhbərləri ilə əlaqə saxlayır, lazımı tapşırıqlar verir.

Azərbaycan Müdafiə Sənayesi Nazirliyinin (MSN) Telemexanika Zavodunda partlayış baş verən əraziyə icra hakimiyyəti başçısının birinci müavini Samit Hacıyev gedib".

"Qafqazinfo"nun məlumatına görə, Şirvan icra başçısı Mərdan Camalov Müdafiə sənayesi naziri Yavər Camalovun qardaşıdır.

---------
14:26

Şirvan şəhərində Azərbaycan Müdafiə Sənayesi Nazirliyinin (MSN) Telemexanika Zavodunda baş verən qəzada xəsarət alan 19 nəfər Şirvan Şəhər Xəstəxanasına yerləşdirilib.

Bu barədə APA-ya məlumat verən Səhiyyə Nazirliyinin mətbuat xidmətinin rəhbəri Liya Bayramova bildirib ki, zərərçəkənlər partlayış nəticəsində yüngül zəhərlənmə diaqnozu ilə xəstəxanaya yerləşdiriliblər.

L.Bayramova qeyd edib ki, zərərçəkənlərə toksikoloq və reanimatoloqlar yardım göstərir.

Telemexanika Zavodunda baş verən qəza nəticəsində ölən şəxsin kimliyi məlum olub.

APA-nın Mil-Muğan bürosunun xəbərinə görə, ölən şəxs Şirvan şəhər sakini, 1967-ci il təvəllüdlü Süleymanova Raziyə Cəfərxan qızıdır.

İlkin məlumata görə, qadın ağır yanıq xəsarətləri nəticəsində dünyasını dəyişib.

Hadisə nəticəsində xəsarət alan 11 nəfər ambulator yardım göstəriləndən sonra evə buraxılıb.

---------
14:24

Səhiyyə Nazirliyindən Trend-ə verilən məlumata görə, hadisə zamanı 19 nəfər yaralanıb. Onlar təcili tibbi yardım maşınları ilə Şirvan Mərkəzi rayon xəstəxanalarına yerləşdirilib.

Hadisə yerinə 5 həkim briqadası gedib.

Xəsarət alanların vəziyyətləri yüngül və orta-ağır qiymətləndirilir. Onlara zəhərlənmə və yüngül yanıq diaqnozları qoyulub.

---------
14:15

Şirvan şəhərindəki zavodlardan birində qəza baş verib.

Müdafiə Sənayesi Nazirliyindən (MSN) Trend-ə bildiriblər ki, bu gün Nazirliyin Şirvan şəhərindəki Telemexanika Zavodunda istehsalat qəzası baş verib.

Qəza zamanı zavodun sexlərindən birində partlayış qeydə alınıb.

Hadisə şahidlərinin Trend-ə verdiyi məlumata görə, qəza nəticəsində ölən və yaralananlar var.

Hazırda faktla bağlı araşdırma aparılır.

Qeyd edək ki, "Telemexanika" zavodu 1981-сi ildə "Сihazlar" zavodu adı altında fəaliyyətə başlayıb. 1988-сi ildə "Сihazlar" və "Sənaye avtomatikası və Telemexanika" zavodları birləşdirilərək "Sənaye avtomatikası və Telemexanika" zavodu adı altında fəaliyyət göstərib. 1991-сu ildə "Telemexanika" İstehsalat Birliyi yaradılıb. 1993-cü ildən "Telemexanika" İstehsalat Birliyi Dövlət Xüsusi Maşınqayırma və Konversiya Komitəsinin tərkibində olub.

2006-сi ildən "Telemexanika" zavodu Müdafiə Sənayesi Nazirliyinin tərkibində fəaliyyətini davam etdirir.

"Telemexanika" zavodunun əsas fəaliyyət istiqamətləri neft sənayesi ücün сihazların istehsalı və texnoloji tərtibatların hazırlanmasıdır. Zavodda ümumilikdə 245 nəfər işçi çalışır.

---------
14:02

APA-nın Mil-Muğan bürosunun xəbərinə görə, hadisə bu gün saat 12 radələrində Azərbaycan Müdafiə Sənayesi Nazirliyinin (MSN) Telemexanika Zavodunda qeydə alınıb.

Zavodun sexlərdən birində baş verən qəza nəticəsində sexin tavan hissəsi çöküb. İlkin məlumata görə, hadisə nəticəsində bir nəfər ölüb, bir neçə nəfər xəsarət alıb.

Müdafiə sənayesi naziri Yavər Camalov hadisə yerindədir.

---------
13:23

Musavat.com Şirvanda yaşayan sakinlərdən həyacanlı xəbər alıb.

Orada iddia olunur ki, Müdafiə Sənayesi Nazirliyinin Şirvanda yerləşən Telemexanika zavodunda güclü partlayış olub. "Ölən, yaralananlar var", deyə yazır mənbələrimiz. Hazırda hadisə yerinə çoxsaylı ambulanslar cəlb olunub. Ölənin qadın olduğu bildirilir.
 
Məlum olduğu kimi, MSN-in zavodları hərbi təyinatlıdır.
 
Baş vermiş hadisə ilə bağlı müraciət etdiyimiz Şirvan şəhər Polis İdarəsinin rəisi Şahin Mirzyev bildirib ki, olayla bağlı məlumat almaq üçün FHN-ə müraciət etmək lazımdır.
 

Musavat.com-un məlumatına görə, qəza zavodun 3-cü sexində baş verib. Burada qadınlar işləyir. Yaralanan və olən qadınların şəxsiyyəti dəqiqləşdirilir.

Şəkilləri böyütmək üçün klikləyin:

---------
13:23

 



-----------
15:29



Foto: Qafqazinfo

---------
23:55

фото