Həm ziyarət, həm ticarət - VİDEO

Day.Az представляет новость на азербайджанском языке:

RTV (REGİON TV) xəbər verir ki, yay mövsümündə regionun ən çox turist qəbul edən rayonlarından biri də Quba rayonudur. Rayonun ecazkar təbiəti burada tam təbii meyvələrin və digər qida məhsullarının kimyəvi qatqısı olmadan yetişməsi üçün şərait yaradır. Rayona gələn əcnəbi və yerli turistlər yol kənarında satılan və təbii yolla yetişdirilən meyvələri, o cümlədən bu meyvələrdən hazırlanan digər qida məhsullarını əldə edə bilər. Belə ki, turizm obyektlərinə gedən yolların kənarında müxtəlif meyvələrdən bişirilən mürəbbələr və kompotlar alıcılara ucuz qiymətlərlə təklif olunur. Bu məhsullarla yanaşı meyvələr də satılır.
 

Yol kənarında çox rast gəlinən qida məhsullarından biri də səyyar şəkildə satılan baldır. Arıçılıqla məşğul olan təsərrüfatçılar bildirir ki, bu məhsullar tam təbii şəkildə əldə olunub. Balla yanaşı dağlarda bitən müalicəvi bitkilər də müştərilərə təqdim olunur. Turistlər üçün xüsusi dukanlarda 5 manatdan başlayaraq 50 manata qədər Quba rayonunun tarixi məkanlarını özündə əks etdirən suvenirlər əldə etmək mümkündür. Həmçinin gələn qonaqlar 10 manatdan 800 manata qədər dəyişən qiymətlərə əldə toxunma xalçalar da ala bilərlər.
 

Milli.Az

Videonu izləmək üçün aşağıdakı şəklə klikləyin.​

фото