Ağciyəri təmizləyən qidalar - SİYAHI

Day.Az представляет новость на азербайджанском языке:

Orqanizmin sağlam olması üçün düzgün nəfəs alıb-vermək çox önəmlidir. Ona görə də, ağciyərlərdə yaranan problemlər orqanizmin sağlamlığını təhlükə altında qoyur. Tənəffüs zamanı aldığımız çirkli hava qana keçir və qandan karbondioksidi xaric edir. Öskürək, xırıltı, bronxit kimi problemlər nəfəs almağı çətinləşdirir.
 

Siqaret çəkənlərin ağciyərlərində toplanan nikotinin təsiri də illərlə davam edir. Lakin bəzi qidalar bu təsiri azaltmaq gücünə malikdir. Milli.Az publika.az-a istinadən ağciyəri təmizləyən qidaların siyahısını təqdim edir:

Ekineziya: Bütün problemlərdən ağciyərləri və tənəffüs yollarını qoruyan kirpiotu (ekineziya) bitkisi sayəsində xilas ola bilərsiniz. Çünki bu bitkinin tərkibindəki maddələr ağciyərlərdə yaranan mikrobları yox edir. Kirpiotunun tərkibindəki polisakkarit və "alkylamides" adlı maddələr ağciyərlərdə yaranan digər problemlərin də qarşısını alır.

Gicitkən: Bu bitki bol miqdarda dəmir və dezinfeksiyaedici xüsusiyyətə malik maddələrdən ibarətdir. Gicitkən otu bədəndə yığılan nikotini təmizləyir.

Kivi: Nikotinin orqanizmdən atılmasını təmin edir. Bu meyvənin tərkibindəki vitaminlər, mikroelementlər insanı ətrafdakı fiziki və zehni yüklənmələrdən müdafiə edir. Hər gün menyusuna kivi meyvəsi daxil edən insan stressdən də maksimum qorunmuş olur. Kivi həmçinin böyrək daşının əmələ gəlməsinin qarşısını alır. Bu əvəzolunmaz meyvə bədəndəki duzları xaric edir. Bu da böyrəkdə və ya digər orqanlarda daşın yaranmasının qarşısını alır.

Yerkökü suyu: Siqaretdə olan nikotinin orqanizmdə 3 gün qaldığını unutmayın. Nikotin ancaq ağciyərlərə zərər vermir. O həm dərinin qocalma prosesini sürətləndirir. Dəriyə zərər verən nikotinin bu təsirini azaltmaq üçün yerkökü suyu için. Vitaminlər baxımından zəngin olan yerkökü suyu dərinin özünü yenilənməsini və nikotindən təmizlənməsini təmin edir.

Su: Su orqanizmdəki zəhərli maddələrin atılması üçün çox əhəmiyyətlidir. Orqanizminiz susuz qalarsa, hüceyrələrin yenilənməsi və nikotinin təsirlərinin azalması çətinləşir.