Bakıda liftdə qalmış 7 nəfər xilas olunub Day.Az представляет новость на азербайджанском языке:

Fövqəladə Hallar Nazirliyinin "112" qaynar telefon xəttinə daxil olmuş məlumata əsasən, Bakı şəhəri, Nizami rayonunda 7 nəfər liftdə köməksiz vəziyyətdə qalıb. Nazirlikdən Milli.Az-a verilən məlumata görə, dərhal hadisə yerinə cəlb olunmuş xilasedicilər liftin qapısını açıbb və vətəndaşların liftdən çıxmasına şərait yaradıblar.

Əməliyyat saat 20:39-da başa çatıb.