Avtobus sürücülərinin çıxış yolu - açılmayan arxa qapılar - VİDEO Day.Az представляет новость на азербайджанском языке:

Milli.Az xezerxeber.com-a istinadən xəbər verir ki, sərnişin avtobuslarının sürücüləri bəzi hallarda dayanacaqlarda sərnişinlərin düşməsi üçün yalnız qabaq qapını açırlar.Bu isə əksər hallarda həm sərnişinlərin vaxt itkisinə, həm də sürücü-sərnişin mübahisəsinə səbəb olur.Sürücülər isə bu addımı pulunu ödəməyib qaçan sərnişinlərə görə atdığını deyirlər.

Sürücü avtobusu dayanacaqda saxlayır. Avtobusun iki qapısı olmasına baxmayaraq sürücü sərnişinlərin düşməsi üçün yalnız qabaq qapını açır. Bu isə sərnişinlərin maşurutdan düşərkən xeyli vaxt itirməsinə ilə yanaşı, sürücü-sərnişin mübahisələrinin yaranmasına da səbəb olur.

Avtobus sürücüləri bildirirlər ki, xüsusən pik saatlarda bəzi sərnişinlər sıxlıqdan istifadə edərək gediş haqqını vermirlər.

Sürücülərin dediklərinə görə gün ərzində gediş haqqını ödəmədən gedən onlarla sərnişin olur.

Sərnişinlər isə bildirirlər ki, sürücülərin bu adımı isti yay günlərində onların narahatçılığına və vaxt itkilərinə səbəb olur.


Нажмите на видео для просмотра:

фото