Rayon qeydiyyatında olan maşınların Bakıya giriş - VAXTI

Day.Az представляет новость на азербайджанском языке:

"Avropa Oyunlarına təhkim edilən avtomobillərin hərəkəti üçün ayrılan "sarı zolaq"da hazırda yalnız yük avtomobillərinin hərəkətinə icazə verilmir (yalnız saat 22:00-dan səhərə qədər icazə verilir, qaydalara riayət etməyənlər 40 manat məbləğində cərimələnir).

Bununla yanaşı, hansı ərazidə "hərəkət qadağandır" nişanı qoyulubsa, sürücülər həmin yerdəki zolaqlara da çıxmamalıdırlar.


Avtomobillərin hərəkətinin qadağan edilməsi ilə bağlı nişanlar yük avtomobillərinin girişinə qadağa qoyan nişanlarla əvəz olunan ərazilərdə, həmin zolaqlarda yük avtomobilləri istisna olmaqla digər nəqliyyat vasitələrinin hərəkətinə icazə verilir".


Bu haqda modern.az saytına Baş Dövlət Yol Polisi İdarəsinin (BDYPİ) şöbə rəisi Kamran Əliyev məlumat verib.

Şöbə rəisi rayon qeydiyyatında olan nəqliyyat vasitələri ilə bağlı məsələyə də aydınlıq gətirib: "Yük avtomobilləri, eləcə də rayon qeydiyyatında olan avtomobillərin şəhərə daxil olmasına qoyulan məhdudiyyət iyul ayının 10-a qədər qüvvədədir.".

Kamran Əliyev qeyd edib ki, hər şey Nazirlər Kabinetinin Təhlükəsizlik Komissiyasının qərarından asılı olacaq: "Hazırda komissiyanın iclasları keçirilir, məsələ ilə bağlı müxtəlif müzakirələr aparılır, tədbirlər planı hazırlanır.

Qəbul olunacaq qərar barədə ictimaiyyətə açıqlama veriləcək".