Binəqədidə evlər işıqsız qalıb

Day.Az представляет новость на азербайджанском языке:

Bakının Binəqədi rayonunun Biləcəri şosesi ətrafında yerləşən evlər dünən tamamilə işıqsız qalıb.

Ərazidə yaşayan sakinlərin AzNews.az-a verdiyi məlumata görə, iyulun 6-da saat 14.00 radələrində sönən işıqlar hələ də yanmayıb.

Sakinlər bununla bağlı "Azərişıq" ASC-yə dəfələrlə müraciət etsələr də tələbləri yerinə yetirilməyib.

"Azərişıq" ASC-nin mətbuat xidmətinin rəhbəri Tanrıverdi Mustafayev AzNews.az-a bildirib ki, sözügedən ərazidə işıqların sönməsi ilə bağlı quruma hər hansı bir məlumat daxil olmayıb.