Taksi sürücüsünü öldürən şəxs saxlanıldı

Day.Az представляет новость на азербайджанском языке:

Xaçmaz rayonunda 1989-cu il təvəllüdlü rayon sakini Məmmədov Famil Fərhad oğlunu qətlə yetirməkdə təqsirləndirilən şəxs saxlanılıb.


APA-nın şimal bürosunun verdiyi məlumata görə, hadisəni törətməkdə şübhəli bilinən Biləsuvar rayon sakini Abbaslı Ramil Etibar oğlu polis tərəfində tutulub.

Qeyd edək ki, öldürülən şəxs taksi sürücüsü olub. Hadisə tərəflər arasında yaranan mübahisə zəminində baş verib.

Faktla bağlı Xaçmaz rayon Prokurorluğunda cinayət işi açılıb, araşdırmalar davam etdirilir.