Kür çayında çimdiyinə görə peşman oldu Day.Az представляет новость на азербайджанском языке.

Batmaq təhlükəsi ilə üzləşmiş şəxs xilas olunub. APA-nın Fövqəladə Hallar Nazirliyinin (FHN) saytına istinadən verdiyi xəbərə görə, Şirvan şəhərində 1 nəfər Kür çayında (xilasetmə məntəqəsinin ərazisində) çimərkən batmaq təhlükəsi ilə üzləşib. Vətəndaş FHN-nin dalğıc-xilasediciləri tərəfindən xilas edilib.