İki maşın toqquşdu, yaralılar var - FOTO

Day.Az представляет новость на азербайджанском языке.

Bu gün axşam saatlarında Xaçmaz-Quba yolunun 3-cü km-də yol nəqliyyat hadisəsi baş verib.

APA-nın şimal bürosunun verdiyi məlumata görə, hadisə yolun Xaçmaz rayonunun Armudpadar kəndi ərazisindən keçən hissəsində qeydə alınıb. 90 AE 408 dövlət nömrə nişanlı avtomaşınla "Mercedes" markalı 90 AV 484 dövlət nömrə nişanlı maşın toqquşub. Qəza nəticəsində bir nəfər xəsarət alıb.
 

Faktla bağlı Xaçmaz rayon Polis Şöbəsində araşdırmalar davam etdirilir.

Böyütmək üçün şəkillərə klikləyin: