Bakıda avtobusu alov bürüdü Day.Az представляет новость на азербайджанском языке.

Bakıda sərnişin avtobusu yanıb.

Day.Az Fövqəladə Hallar Nazirliyinin saytına istinadən bildirir ki, Bakı şəhəri. Yasamal rayonununda "İVECO" markalı avtobusun mühərrikində elektrik avadanlıqları və salonunda iki arxa oturacağı yanıb. Avtobusun qalan hissələri yanğından mühafizə olunub. Yanğın saat 19:10-da yanğınsöndürənlər tərəfindən söndürülüb.