Paytaxtın ictimai nəqliyyatında yenilik - VİDEO Day.Az представляет новость на азербайджанском языке.

"Azərbaycan Dəmir Yolları" Qapalı Səhmdar Cəmiyyəti daha bir yeniliyə imza atır. Bakı-Sumqayit dəmir yolu üçün tikilən yeni platformalar artıq hazır vəziyyətə gətirilib. Bundan əlavə metronun "28 May" stansiyasının qarşısındakı keçiddən platformalara birbaşa keçid tikiləcək.

ANS TV-in məlumatına görə, Bakı sərnişin daşıma stansiyasında və onun ətrafında yenidənqurma və təmir işləri davam edir. Artıq Bakı-Sumqayıt istiqamətinə gedəcək sərnişinlər üçün üç yeni platforma tikilib. 4-cü platformada isə tamamlanma işləri gedir.

Eyni zamanda sərnişinlər üçün daha bir yenilik də edilib. Artıq platformalara getmək istəyənlər uzun dövrə vurmalı olmayacaq. Belə ki, ərazidə yeni yeraltı keçidlər tikilib ki, bu da sərnişinlərin birbaşa metrostansiyanın qarşısındakı yeraltı keçiddən istifadə etməklə birbaşa platformaya çıxmasına şərait yaradacaq.

"Azərbaycan Dəmir Yolları" QSC-nin mətbuat xidmətinin rəhbər Nadir Əzməmmədovun verdiyi məlumata görə, tikinti işləri zamanı komunikasiya ilə bağlı məsələlər işin gedişatını ləngitsə də, artıq bu aradan qalxıb:

"Hazırda ərazidə komunikasiya xətləri çoxluq təşkil edir. Bu səbəbdən də ərazidə aparılan yenidənqurma işlərin ləngiməsinə yol açdı. Artıq bütün çətinliklər arxada qalıb, hazırda işlər sürətlə davam etdirilir. Çalışırıq ki, tez bir zamanda yenidənqurma işlərini başa çatdıraq. Və sərnişinlər bu nəqliyyat vasitəsindən istifadə edə bilsinlər".

Eyni zamanda sərnişinlərin platformalardan istifadə etməsi üçün ərazidə turniketlər də quraşdırılacaq. Qurum rəsmisinin sözlərinə görə, Bakı Sərnişin Stansiyasının alt qatında keçidlər çoxdur.

Sovet dönəmində bunlardan istifadə edilməsə də, sərnişinlərin çoxluğu bunu zəruri edir. Eyni zamanda sərnişinlərin daha təhlükəsiz və sərbəst gedib-gələ bilməsi üçün də bir sıra işlər aparılır.

фото