Bakı-Qazax avtomagistralında yeni radarlar quraşdırılıb Day.Az представляет новость на азербайджанском языке

Bakı-Qazax avtomagistralında ölümlə nəticələnən yol qəzalarının sayı yüksəkdi. Bunun qarşısını almaq, sürət həddini tənzimləmək üçün müəyyən işlər görülür, Milli.Az xəbər verir.

Kəpəz TV (Region TV) xəbər verir ki, bu məqsədlə Tovuz rayonu ərazisində radar və ya kameraların yerləşdirilməsi üçün qurğular quraşdırılıb. Ötən gündən etibarən rayonun giriş hissəsində və Qovlar qəsəbəsi ərazisində bu qurğular yol kənarında torpağa bərkidilib. 2 metrə yaxın hündürlüyü olan dəmir qurğular sürücülərin gecə saatlarında rahat görməsi üçün müxtəlif rənglərlə işarələnib və üzərlərinə rəqəmlər yazılıb.

Bakı-Qazax avtomagistralında hərəkət edən sürücülər isə bu qurğuların görəcəyi işdən xəbərsizdilər. Amma onlar rayon ərazisində radarların olmasını vacib hesab edirlər.