"Avtovağzal" stansiyasının istifadəyə verilmə - VAXTI

Day.Az представляет новость на азербайджанском языке:


"Bakı Beynəlxalq Avtovağzal Kompleksi ərazisində inşa olunan metro stansiyası gələn il, yəni 2016-cı ildə istifadəyə veriləcək".

Bu barədə AzNews.az-a "Bakı Metropoliteni" QSC-nin mətbuat katibi Nəsimi Paşayev məlumat verib. Onun sözlərinə görə, sözügedən ərazidə hazırda tikinti işləri gedir:

"Hazırda daha çox avadanlıq və quraşdırma işləri aparılır. Tikinti işləri demək olar ki, başa çatıb".

N.Paşayev Avtovağzal Kompleksi ərazisində aparılan tikintinin bu qədər geçikməsinin səbəbini belə izah edib:

"Böyük layihələrdə hər zaman gecikmə ehtimalı var".