Qəbələdə 76 min fındıqdan hazırlanan tar - FOTO Day.Az представляет новость на азербайджанском языке.

Qəbələ VII Beynəlxalq Musiqi Festivalı mədəniyyəti təbliği baxımından mühüm hadisədir.

AZƏRTAC xəbər verir ki, 76 min fındıqdan hazırlanan tarın hündürlüyü 5 metr, eni 1,20 santimetrdir. On gün müddətinə ərsəyə gələn tarın üzərində 8 nəfər çalışıb. Aləti hazırlayan ustalardan biri - Aslan Kazımov deyir ki, tarın maketi üzərinə yapışdırılan fındıqların bir hissəsi, daha doğrusu, ağ rəngdə olanlar qovrulub, qalan hissələr isə qabıqlı fındıqlardır. Ustalar gecə-gündüz dayanmadan çalışıblar ki, Azərbaycanın bu milli alətini festivalın açılışına çatdırsınlar və çatdırıblar da.
 

Tarın düzəldilməsində usta Asim Ağasəfovun da zəhməti olub.
 

Ustalar ilk festivalda şokoladdan piano hazırladıqlarını da bildirdilər. Ötən il isə düzəltdikləri tara olan marağı gördükdən sonra builki festivalda da məhz bu alətə üstünlük veriblər. Növbəti festivalla bağlı artıq ideya da hazırdır. Ustalar Azərbaycanın daha bir qədim musiqi aləti olan kamançanı VII Beynəlxalq Musiqi Festivalında nümayiş etdirəcəklər.


Нажмите на фотографии для увеличения: