Sərxoş qadın sürücünün polislə rəzil davranışı - BAKIDA - VİDEO

Day.Az представляет новость на азербайджанском языке:

Aygün Cəfərova yol polislərinə ağır sözlər deyib; həmin polislərdən biri bir həftə sonra işdən çıxarılıb
 

Xəbər verdiyimiz kimi, Bakıda Dövlət Yol Polisi (DYP) əməkdaşlarının sərxoş vəziyyətdə saxladığı, sonra isə Xəzər Rayon Məhkəməsi tərəfindən sürücülük hüququ məhdudlaşdırılan xanım sürücü məhkəməyə müraciət edib.

"Report"a istinadən verdiyi xəbərə görə, Aygün Cəfərova adlı 31 yaşlı qadın sürücülük hüququnun qaytarılmasını istəyir.
 

Qeyd edək ki, DYP əməkdaşları A.Cəfərovanı bir ay ərzində iki dəfə sərxoş vəziyyətdə saxlayıb. Avtosfer.az həmin sürücünün ikinci dəfə saxlanılarkən ANS-də yayımlanan videosunu təqdim edir. Bu videodan da görünür ki, xanım sürücü saxlanılarkən hətta, yol polislərini söyməkdən də çəkinməyib.
 

Maraqlıdır ki, bu sürücünü sonuncu dəfə saxlayan yol polisi əməkdaşı Cavanşir Qasımov bu hadisədən bir həftə sonra işdən çıxarılıb. Həmin qadın sürücünün isə sürücülük hüququ məhdudlaşdırılıb.

Videonu izləmək üçün klikləyin:

 

фото