Xrustal şüşə yeyən azərbaycanlı - VİDEO

Day.Az представляет новость на азербайджанском языке:

"Şampan butulkasını tam yemişəm"
 

Stəkanda çay içmir,heç su içmək fikri də yoxdur. Şüşə qabı iştahla yeyir bu adam. Görənləri heyrətləndirən şəxs Ağstafanın Tatlı kənd sakinidir. 33 ildir şüşə yeyən 49 yaşlı Bəxtiyar Qurbanov bu bacarığını Qazaxıstanda olarkən ortaya çıxdığını deyir. 49 yaşlı kişi şüşə, saxsı qablar, müxtəlif metal əşyalar yediyini bildirdi. Çay stəkanını iştahla yeyən kənd sakini bu günə kimi 200 kq-a qədər şüşə həzm etdiyini deyir. Maraqlısı ondan ibarətdir ki, şüşə, müxtəlif materiallar onun səhhətində hər hansı problem yaratmayıb.

Uzun illər müxtəlif ölkələrdə yaşayan Tatlı kənd sakini bu bacarığı ilə Ginnesin rekordlar kitabına düşmək fikrindədir. Heç kimə bu sirri açmayan 49 yaşlı Bəxtiyar Qurbanov ən dadlı şüşənin büllur olduğunu deyir.

Kənd sakinlərinin diqqətlə izlədiyi bu qeyri-adi hadisə hər kəsin marağına səbəb olub. Amma bunu heç kimin təkrarlamamağını istəyir,  49 yaşlı Bəxtiyar Qurbanov...  Kəpəz Tv ( Region Tv ) 

Videonu izləmək üçün klikləyin:


фото