Azərbaycanda 95 milyon manatlıq - KORRUPSİYA

Day.Az представляет новость на азербайджанском языке:

Ziyanın 30 milyon manatı artıq ödətdirilib
 

Bu ilin 6 ayı ərzində rüşvət, vəzifə səlahiyyətlərindən sui-istifadə, vəzifə səlahiyyətlərini aşma, qulluq mövqeyindən istifadə etməklə mənimsəmə və ya israf etmə, qulluq mövqeyindən istifadə etməklə dələduzluq, vəzifə saxtakarlığı və sair faktlar üzrə 158 şəxs barəsində 99 cinayət işinin istintaqı tamamlanaraq baxılması üçün aidiyyəti üzrə məhkəmələrə göndərilib.
 

Lent.az Baş Prokurorluğun mətbuat xidmətinə istinadən xəbər verir ki, bu barədə bu gün Baş Prokurorluqda keçirilən geniş əməliyyat müşavirəsində qeyd edilib. Bildirilib ki, məhkəmələrə göndərilmiş cinayət işləri üzrə vurulmuş 95 milyon manat ziyandan istintaq müddətində 30 milyon manatın ödətdirilməsi təmin olunub, qalan ziyanın təqsirləndirilən şəxslərin əmlakları üzərinə həbs qoyulmaqla ödətdirilməsi məqsədi ilə qanunla nəzərdə tutulmuş tədbirlər görülüb.