Gəncliyin sirri bu göyərtilərdədir - SİYAHI
Day.Az представляет новость на азербайджанском языке:
Lakin mütəxəssislər düşünür ki, müəyyən qaydalara əməl edən insanlar gənc və sağlam qala bilir. Deməli, hər şey öz əlimizdədir. Fast-foodlarla qidalanıb, hərəkətsiz həyat tərzi keçirərək öz ömrümüzü qısalda da bilərik, sağlam həyat tərzini seçib həyatın dadını çıxarda da.
Araşdırmalar göstərir ki, yaşlanmanın və müasir dövrün ən təhlükəli xəstəliyi xərçəngin qarşısını almaqda antioksidantlardan daha təsirli vasitə yoxdur. Odur ki, qida menyumuza mütləq antioksidant ehtiva edən meyvə və tərəvəzləri daxil etməliyik.
Antioksidantlarla ən zəngin qidalar göyərtilər hesab olunur. Publika.az antioksidant anbarı olan ən faydalı göyərtiləri təqdim edir:
İspanaq
Sadəcə, antioksidantlarla deyil, həm də vitamin və minerallarla zəngin olan ispanağı idmandan sonra yedikdə təsiri xüsusilə artır. Bol miqdarda lif ehtiva etdiyi üçün immunitet sistemini gücləndirir. Həzm prosesini asanlaşdırır.
Cəfəri
Qan damarlarını təmizləyib bədəni ödəm və şişkinlikdən azad edir.
Antioksidantlarla zəngin olan bu göyərti həm də antibakterial xüsusiyyətə malikdir.
Başda xərçəng olmaqla, orqanizmi bir çox xəstəlikdən müdafiə edir.
Brokkoli
Заметили ошибку в тексте? Выберите текст и сообщите нам, нажав Ctrl + Enter на клавиатуре