Mikroavtobus sürən nənə: "Özümü başqa peşədə təsəvvür etmirəm" - REPORTAJ - VİDEO

Day.Az представляет новость на азербайджанском языке:

Tovuzun Qovlar şəhərində dünyaya göz açan, elə burada yaşayan 54 yaşlı Nisə Əliyeva illər öncə müxtəlif sahələrdə çalışıb. Sonra isə öz istəyi ilə mikroavtobus alaraq sürücülük etməyə başlayıb. İşindən zövq alan qəhrəmanım deyir ki, sürücülük məsuliyyət və diqqət tələb edir. Hər bir işdə olduğu kimi bu işin də çətinliyi var. Ancaq hər gün ənənəsinə uyğun olaraq sərnişinləri ünvanlarına çatdırmağa tələsir.
 

Nisə xanım deyir ki, sürücülük etdiyi müddətdə sərnişinləri ilə problemi olmayıb. Çünki onun üçün əhaliyə yüksək səviyyəli xidmət göstərmək vacib şərtdir. Sərnişinlər də sürücüdən razılıq edirlər.
 

Sürücü xanım deyir ki, avtomaşın idarə etdiyi bir neçə il ərzində bir dəfə də olsun qəza törətməyib. Sükan arxasında qayda pozuntusuna da yol verməməyə çalışır. Nümunəvi sürücü olduğunu deyir.
 

TTV (Region TV) xəbər verir ki, onun bu peşəsini təəccüblə qarşılayanlar da çox olur. Suallar da eyni.

O, həm də ailəcanlı ev xanımıdır. 1 qız övladı, 3 nəvəsi var. Sonbeşik nənənin davamçısı olmaq arzusundadır. Sürücü nənə nəvələrinə də qayğını əsirgəmir.

İşindən zövq alan qəhrəmanımız artıq özünü başqa peşədə belə təsəvvür edə bilmir. "Sürücülük yalnız kişi işidir" fikri ilə razılaşmayan xanım sürücü artıq bu kimi fikirləri keçmişin qalığı hesab edir.
 

Videonu izləmək üçün şəkilə klikləyin.

фото