Elmar Vəliyev hesabat verdi

Day.Az представляет новость на азербайджанском языке.

Gəncə Şəhər İcra Hakimiyyətində 2015-ci ilin birinci yarısında Gəncə şəhərinin sosial-iqtisadi inkişafı və qarşıda duran vəzifələrə həsr edilmiş hesabat yığıncağı keçirilib.

"Qafqazinfo"nun məlumatına görə, yığıncaqda hesabat məruzəsi ilə çıxış edən Gəncə Şəhər İcra Hakimiyyətinin başçısı Elmar Vəliyev 6 ayda görülən işləri təhlil etmiş, qarşıda duran vəzifələrdən danışıb. O, şəhər iqtisadiyyatında çalışan işçilərin orta aylıq əmək haqqının 320,2 manat, yəni, keçən ilkindən 2,3 faiz çox olduğunu bildirib.
 

Bu müddət ərzində turistlərin Gəncəyə cəlb edilməsi istiqamətində də işlər davam etdirilib. Qəsəbədə Nizami Gəncəvinin adını daşıyan parkın ərazisi genişləndirilib, 200 paqonnumetr bardür düzülüb, 12 ədəd müasir işıq dayaqları basdırılıb, 700 kvadratmetr qazon salınıb, 100 kvadratmetr istinad divarı hörülüb.
 

Hesabat yığıncağında şəhərin təhsil, səhiyyə və mədəniyyət sahələrində həyata keçirilən tədbirlərdən danışılıb. Əhalinin qaz, işıq və su problemlərinin həlli istiqamətində görülən işlər müzakirə edilib.
 

Yığıncağın sonunda cari ili ikinci yarısında görüləcək işlər ətrafında fikir mübadiləsi aparılıb.