Tacir Şahmalığlunun batmış qardaşının cəsədi tapıldı - YENİLƏNİB - VİDEO

Day.Az представляет новость на азербайджанском языке:

----------

02.08.2015
21:00   

Müğənnu Tacir Şahmalıoğlunun qardaşı 37 yaşlı Mahir Allahverdiyevin meyiti tapılıb.

ANS PRESS-in məlumatına görə, meyit Novxanı çimərliyindəki istirahət mərkəzlərindən birinin ərazisindən tapılıb. Hal-hazırda əraziyə Fövqəladə Hallar Nazirliyinin əməkdaşlarının və Mahir Allahverdiyevin yaxınlarının gələcəyi gözlənilir.

Xatırladaq ki, 2 azyaşlı uşaq atası olan Mahir Allahverdiyev iyulun 31-də dostları ilə birlikdə Novxanı çimərliyinə gedib. Onun skuter sürərkən batdığı bildirilir. Həmin vaxtdan axtarışlar aparılsa da, meyiti yalnız bu gün tapılıb.

---------
01.08.2015

13:30

Müğənni Tacir Şahmalıoğlunun qardaşının dənizdə batmasının bəzi detalları məlum olub.

APA TV xəbər verir ki, hadisə Novxanı çimərliyində baş verib.

36 yaşlı Mahir Şahmalı oğlu Allahverdiyev, onun bacısı oğlu, dostu və bir qadın iki skuterlə dəniz gəzintisinə çıxıblar. Mahir Allahverdiyev gəzintiyə çıxmazdan əvvəl üzərindəki qoruyucu jileti yanındakı qadına verib. Gəzinti zamanı qeyri-müəyyən səbəblərdən skuterlərin hər ikisi aşıb. Üzərində qoruyucu jilet olan üç nəfər xilas olsa da, Mahir Allahverdiyev batıb.

Hadisədən dərhal sonra dənizdə 36 yaşlı kişinin axtarışlarına başlanılıb. Mahir Allahverdiyevin ailə üzvləri və yaxınları sahilə toplaşaraq, həyəcanla gözləməyə başlayıblar. Xilasedicilərin səylərinə baxmayaraq, gecəyədək Mahir Allahverdiyevi tapmaq mümkün olmayıb.

Qeyd edək ki, Mahir Allahverdiyev Tacir Şahmalıoğlunun ən kiçik qardaşıdır. Onun 2 azyaşlı övladı - 3 yaşlı qızı, 1 yaşlı oğlu var.

---------
11:32

Qardaşının dənizdə batması xəbərini eşidən müğənni Tacir Şahmalıoğlu dərhal Novxanı çimərliyinə gedib.
 

Anspress-in məlumatına görə, müğənninin hadisə yerinə getməsinin görüntüləri yayılıb. Videoda görünür ki, Tacir Şahmalıoğlu yaxınlarına ürək-dirək verməyə çalışır və xilasedicilərin qardaşının axtarışlarını aparmasını izləyir.
 

Qeyd edək ki, Mahir Allahverdiyevin skuter sürərkən batdığı bildirilir.
 

Həmin görüntüləri sizə təqdim edirik.

 

фото