Qeydiyyat nişanı yerinə "Nişanımız mübarək!" yazan sürücüyə - CƏZA

Day.Az представляет новость на азербайджанском языке:

Bakı Şəhər Baş Polis İdarəsi Dövlət Yol Polisi İdarəsinin (BŞDYPİ) əməkdaşları paytaxtda reydlər zamanı avtomobilinin dövlət qeydiyyat nişanının yerinə "Nişanınız mübarək!" plakatı bağlayaraq idarə edən sürücü saxlanılıb.

"Report" xəbər verir, sürücü Üzeyir Hacıbəyov küçəsində polislərin diqqətini cəlb etdiyi üçün ona "Saxla!" əmri verilib.
 

Sürücü etdiyi qanun pozuntusunu yaxın dostunun nişan mərasiminin olması ilə əsaslandırıb və hazırda mərasimdən gəldiyini bildirib. Sürücünün etdiyi bu kobud qayda pozuntusu müqabilində onun nəqliyyat vasitəsi cərimə meydançasına yerləşdirilib.