Dəhşətli qəzada dünyasını dəyişənlərin sayı artdı Day.Az представляет новость на азербайджанском языке:

Bakı - Quba maqistral yonunun 46-cı kilometrliyində, Hacı Zeynalabidin Tağıyev qəsəbəsi ərazisində baş verən qəzada ölənlərin sayı artıb.

ANS PRESS-in məlumatına görə, Sumqayıt şəhər Təcili Tibbi Yardım Xəstəxanasının reanimasiya şöbəsinə yerləşdirilən 2004 - cü il təvəllüdlü Rəvan Sabir oğlu Əliyevin həyatını xilas etmək mümkün olmayıb.

Azərbaycanda toydan qayıdan ailə yasa düşdü. Bakı - Quba maqistral yonunun 46-cı kilometrliyində, Hacı Zeynalabidin Tağıyev qəsəbəsi ərazisində 5 nəfərin ölümü, 1 nəfərin yaralanması ilə nəticələnən ağır yol-nəqliyyat hadisəsi baş verib.

Azərbaycan Respublikası Baş Dövlət Yol Polis İdarəsinin mətbuat xidmətinin rəhbəri Kamran Əliyevin ANS PRESS - ə verdiyi məlumata görə, hadisə bu gecə saat 04 radələrində qeydə alınıb.

Bakı şəhər sakini 1994-cü il təvəllüdlü Əliyev Əli Xanlar oğlu idarə etdiyi "Opel Astra" markalı, 90- XJ- 976 dövlət nömrə nişanlı avtomobillə Quba istiqamətinə hərəkət edərkən texniki nasazlıq səbəbindən yolun kənarında dayanan "Mercedes" markalı, 90-TE-701 dövlət nömrə nişanlı yük avtomobilinin qoşqu hissəsinə çırpılıb.

Qəza nəticəsində "Opel"də 6 nəfər olub. Onlardan 5-i hadisə yerində dünyasını dəyişib. Ölən şəxslər aşağıdakılardır.

Əli Xanlar oğlu Əliyev - 1994-cü il təvəllüdlü
Məhəmməd Xanlar oğlu Əliyev - 1996-cı il təvəllüdlü
Tural Məhəbbət oğlu Rzayev - 1993- cü il təvəllüdlü
Xanlar Əziz oğlu Əliyev - 1970- ci il
Sabir Aslan oğlu Əliyev - 1977- ci il