"Köhnə bazar"da yanğın Day.Az представляет новость на азербайджанском языке:

Kanal S/Region TV xəbər verir ki, Şəkidə yanğın baş verib. Hadisə dünən, saat 23 radələrində Şəkinin 20 Yanvar küçəcində, "Köhnə bazar" adlanan ərazidə qeydə alınıb. Bir ədəd 1.5 kv.m sahədə sahibi məlum olmayan pinəçi masası yanıb. Hadisə yerinə Şəki Yanğından Mühafizə Hissəsinin texnika və canlı qüvvəsi gəlib. Alov söndürülüb, ətrafdakı tikililərə keçməsinin qarşısı alınıb. Yanğının başvermə səbəbləri ilə bağlı araşdırma aparılır.