Bakıda kafedə kütləvi dava: yaralılar və həbs olunanlar var

Day.Az представляет новость на азербайджанском языке:

Bakıda, "Sərin" kafesində kütləvi dava baş verib.
 

Axar.az-a verilən məlumata görə, hadisə avqustun 1-i axşam saatlarında baş verib. Şəhərin 4-cü mikrorayon ərazisində olan kafedə mübahisə əlbəyaxa dava ilə nəticələnib. Xəsarət alanların olduğu bildirilir.

Nəsimi Rayon Polis İdarəsinin 19-cu polis bölməsinin əməkdaşları hadisə yerinə gələrək tərəfləri sakitləşdiriblər, saxlananlar var.

Xəbəri Nəsimi RPİ-nin 19-cu polis bölməsindən təsdiqlədilər. Hadisə yerində olmuş təhqiqatçı Rəşad İmanov isə bu mövzuda danışmaq istəməyərək məlumatsız olduğunu dedi.

Qeyd edək ki, son aylar şadlıq saraylarında, restoranlarda kütləvi davalar tendensiya halını alıb.