Ramil Usubov polis rəisini işdən çıxardı

Day.Az представляет новость на азербайджанском языке:

Azərbaycan daxili işlər naziri Ramil Usubov Nəsimi Rayon Polis İdarəsinin Yol Polisi Şöbəsinin rəisi Taləddin Axundovun vəzifədən azad edilməsi barədə əmr imzalayıb.
 

Milli.Az modern.az-a istinadən bildirir ki, R.Usubov digər əmri ilə onu Baş Dövlət Yol Polisi İdarəsinin Yol Müfəttişliyi və Yol Hərəkətinin Təşkili şöbəsinin rəisi vəzifəsinə təyin edib. Bu şöbənin rəisi Rafiq Qasımov isə təqaüdə göndərilib.