Bakıda dəhşətli qəza: sürücü diri-diri yandı - YENİLƏNİB - VİDEO

Day.Az представляет новость на азербайджанском языке:

----------------
03.08.2015
11:34


Bakının Sabunçu rayonunda baş verən yol qəzasında xəsarət alanlardan biri dünyasını dəyişib.

Sabunçu rayon Polis İdarəsindən APA-ya verilən məlumata görə, qəzada yaralanan 11 yaşlı Hüseyn Hüseynov aldığı xəsarətlərdən xəstəxanada keçinib. Qəza zamanı yaralanan daha iki azyaşlının müalicəsi isə davam etdirilir.

Qeyd edək ki, Bakı şəhərinin Sabunçu rayonunda vətəndaşlara məxsus "Lexus", "Land Rover" və ZAZ markalı minik avtomobillərinin toqquşması nəticəsində yanğınla nəticələnən yol-nəqliyyat hadisəsi baş verib.

Nəticədə 1959-cu il təvəllüdlü Hüseynov Ağabala Kamil oğluna məxsus ZAZ markalı minik avtomobilinin yanar hissələri yanıb və sürücü A.Hüseynov yanıq xəsarətləri ilə hadisə yerində ölüb.

Xatırladaq ki, xəstəxanada dünyasını dəyişən 11 yaşlı Hüseyn sürücü A.Hüseynovun nəvəsidir.

---------
10:25


FHN Bilgəh qəsəbəsindəki çimərlik istirahət mərkəzlərinin yaxınlığında baş verən ağır yol nəqliyyat hadisəsi ilə bağlı məlumat yayıb.

"Qafqazinfo" FHN-in saytına istinadən xəbər verir ki, Bakı şəhəri, Sabunçu rayonunda vətəndaşlara məxsus "LEXUS", "LAND ROVER" və "ЗАЗ" markalı minik avtomobillərinin toqquşması nəticəsində yanğınla nəticələnən yol-nəqliyyat hadisəsi baş verib. Nəticədə 1959-cu il təvəllüdlü Hüseynov Ağabala Kamil oğluna məxsus "ЗАЗ" markalı minik avtomobilinin yanar hissələri yanmış və sürücü A.Hüseynov yanıq xəsarətləri ilə hadisə yerində vəfat edib. Digər avtomobillər yanğından mühafizə olunub.

Yanğın saat 20:51-də yanğınsöndürənlər tərəfindən söndürülüb.

----------------
02.08.2015
21:17

Bu dəqiqələrdə Bilgəh-Nardaran yolunda dəhşətli qəza baş verib. Milli.Az axar.az-a istinadən xəbər verir ki, "Land Rover" markalı avtomobil "Zaporojets" və "Lexus" markalı avtomobillərlə toqquşub.

Zərbənin gücündən "Zaporojets" avtomobili yanmağa başlayıb. Avtomobilin içində olan sürücü yanıb ölüb. "Land Rover" markalı avtomobildəki azyaşlı uşağın da dünyasını dəyişdiyi bildirilir.

Hadisə baş verən əraziyə hələlik DYP əməkdaşları gəlib çatmayıb.


Нажмите на видео для просмотра:

фото