Bakıda qadın qapısı açıq avtobusdan yıxılıb öldü

Day.Az представляет новость на азербайджанском языке:

Bakıda qadın qapısı açıq avtobusdan yıxılıb.

"Report" DİN-in rəsmi saytına istinadən xəbər verir ki, hadisə paytaxtın Yasamal rayonu ərazisində qeydə alınıb.
 

Belə ki, Yevlax rayon sakini Taleh Məmmədovun idarə etdiyi "İsuzu" markalı avtobusunun qapısı açıq olduğundan sərnişini - Ağsu rayon sakini Xəzəngül Sadıxova yıxılıb. Nəticədə X.Sadıxova xəstəxanaya yerləşdirilib və orada ölüb.
 

Faktla bağlı araşdırma aparılır.