Qubada maşın yandı Day.Az представляет новость на азербайджанском языке: 

Bu gün günorta saatlarında Quba-Nügədi avtomobil yolunda "UAZ" markalı avtomaşın yanıb.


APA-nın şimal bürosunun verdiyi məlumata görə, Quba rayonu Söhüb kənd sakini 31 yaşlı Bayramov Çingiz Məzlum oğlunun idarə etdiyi "UAZ" markalı avtomobil qəfil alışıb. Dərhal əraziyə Fövqəladə Hallar Nazirliyinin (FHN) Quba Dövlət Yanğından Mühafizə Hissəsinin yanğınsöndürən avtomobili və canlı qüvvəsi cəlb olunub. Hadisə zamanı avtomobilin yanar konstruksiyaları yanıb. Alovun qarşısı alınıb. Yanğın nəticəsində xəsarət alan olmayıb.

FHN-nin hadisə ilə bağlı yaydığı məlumatda bildirilir ki, "UAZ" markalı yük avtomobilinin yanar hissələri yanıb. Avtomobildə olan 4 ədəd 10 litrlik qaz balonu yanğından mühafizə olunub. Yanğın yanğınsöndürənlər tərəfindən söndürülüb.