Leyla Ramazanlı mədəniyyət ocağına direktor qoyulub....

Day.Az представляет новость на азербайджанском языке:

Daha bir müğənni vəzifədə imiş...
 

Ölkə.az xəbər verir ki, Roza Zərgərlinin Mingəçevir Dövlət Dram Teatrında quruluşçu rejissor ştatına götürülməsi ilə bağlı xəbər sosial şəbəkələrdə müzakirələrə səbəb olub.
 

Müzakirə zamanı məlum olub ki, məsul vəzifəyə təyin olunan təkcə Roza Zərgərli deyilmiş. İstifadəçilərdən biri bildirib ki, gənc müğənni Leyla Ramazanlı Səttar Bəhlulzadə adına Mədəniyyət Sarayının direktorudur. Əməkdaşımız məsələni araşdırıb. Mədəniyyət sarayından faktı təsdiqləyiblər.
 

Məlum olub ki, o, bu ilin fevralından sözügedən mədəniyyət sarayının direktoru vəzifəsində çalışır. Gənc sənətçi bu postda hazırda Hövsan Mədəniyyət evinin direktoru olan Namiq Həşimovu əvəzləyib.