Bakının mərkəzində yanğın - YENİLƏNİB

Day.Az представляет новость на азербайджанском языке:

----------
17:42

Bakının mərkəzində yaşayış binasında baş verən yanğın söndürülüb.

Fövqəladə Hallar Nazirliyindən APA-ya verilən məlumata görə, yaşayış binasının blokundakı elektrik şitində qısaqapanma nəticəsində tüstülənmə olub.

Həyata keçirilən tədbirlər nəticəsində yanğının qarşısı alınıb.

----------
17:05

Bakının mərkəzində yaşayış binası yanır.


Şahidlərin APA-ya verdiyi məlumata görə, hadisə Səbail rayonu Zərifə Əliyev prospekti 32 ünvanında qeydə alınıb. Həmin ünvanda yerləşən yaşayış binasında baş verən yanğının söndürülməsinə Fövqəladə Hallar Nazirliyinin Dövlət Yanğından Mühafizə Xidmətinin yanğınsöndürənləri cəlb edilib.
 

Dövlət Yanğından Mühafizə Xidmətindən APA-ya bildirilib ki, yanğın yaşayış binasının blokunda meydana gəlib.

Hazırda yanğının söndürülməsi istiqamətində tədbirlər davam etdirilir.