"Mercedes" ağaca çırpıldı, sürücü öldü - FOTO

Day.Az представляет новость на азербайджанском языке:

Zaqatala-Muxax avtomobil yolunda ölümlə nəticələnən ağır yol qəzası baş verib.

"Report"un xəbərinə görə, Zaqatala rayonu Muxax kəndinin sakini, 26 yaşlı Arif Həmzəyev idarə etdiyi "Mercedes" markalı 99 DK 414 dövlət nömrə nişanlı avtomobillə hərəkətdə olarkən idarəetməni itirərək maşını yolun kənarındakı qoz ağacına çırpıb. Zərbənin gücündən maşın qəzadan sonra bir neçə yerə parçalanaraq deformasiyaya uğrayıb. Sürücü Arif Həmzəyev aldığı ağır bədən xəsarətlərindən hadisə yerində ölüb.
 

Faktla bağlı Zaqatala Rayon Polis Şöbəsində araşdırma aparılır. 

Şəkilləri böyütmək üçün klikləyin: