Sumqayıtda yol qəzası: ölən var

Day.Az представляет новость на азербайджанском языке:

Sumqayıt şəhərində ağır yol qəzası baş verib.

Lent.az-ın məlumatına görə, hadisə şəhərin Sülh küçəsində qeydə alınıb. "VAZ 21015" və "Mitsubishi" markalı iki minik avtoimobilinin toqquşması nəticəsində 1 nəfər hadisə yerində dünyasını dəyişib, daha 2 nəfər isə ağır vəziyyətdə xəstəxanaya çatdırılıb.

Faktla bağlı cinayət işi açılıb, araşdırma aparılır.