Yoldan narkotik yığdı, dəmir barmaqlıqlara tuş gəldi

Day.Az представляет новость на азербайджанском языке:

Bu gün Bakı Ağır Cinayətlər Məhkəməsində narkotik maddələrin qanunsuz dövriyyəsində təqsirləndirilən Quliyev Vasif Asif oğlunun cinayət işi üzrə məhkəmə prosesi yekunlaşdırılıb.
 

Lent.az-ın məlumatına görə, hakim Rasim Sadıqovun sədrliyi ilə keçirilən prosesdə hökm oxunub. Hakimlər kollegiyasının hökmünə əsasən V. Quliyev 8 il müddətinə azadlıqdan məhrum edilib.
 

Qeyd edək ki, Abşeron Rayon Polis Şöbəsi əməkdaşlarının keçirdikləri əməliyyat axtarış tədbirləri nəticəsində Gəncə şəhər sakini, 37 yaşlı Quliyev Vasif Asif oğlu saxlanılıb.
 

Bölməyə gətirilən şəxsin əlindəki bağlamadan külli miqdarda narkotik vasitə aşkar edilib.

Vasif Quliyevin sözlərinə görə, yabanı halda bitmiş narkotik vasitənin bir hissəsini Şəmkir rayonu ərazisində yol kənarından yığıb. Bakıya iş dalınca gəldiyini deyən Vasif paytaxtda əliboş gəlmək istəməyib.