Qəbələdə mürəbbə festialı olacaq

Day.Az представляет новость на азербайджанском языке:

Qəbələdə III Beynəlxalq Mürəbbə Festivalı keçiriləcək.
 

Bu barədə "Report"a Milli Kulinariya Mərkəzinin direktor müavini Ceyran Əsgərova məlumat verib.
 

Onun sözlərinə görə, avqustun 29-da keçiriləcək üçüncü Qəbələ Mürəbbə Festivalı beynəlxalq status alıb. C.Əsgərova deyib ki, festivalda Azərbaycanın 23 rayonu iştirak edəcək: "Bundan başqa festivalın beynəlxalq status alması bir neçə ölkənin nümayəndələrinin Qəbələyə gəlməsinə səbəb olacaq. Festivalda Rusiya Federasiyasının Çuvaşıstan, İnquşetiya respublikaları, Gürcüstan, Qırğızıstan, Ukrayna iştirak edəcək. Festivalda 8 növ mürəbbə növü və ekstra mürəbbə növləri sərgilənəcək. Ekstra növlərinə zeytun, şabalıd, bənövşə, badımcan, pomidor mürəbbələri daxil edilib".

Direktor müavini bildirib ki, mürəbbələr bişirilmə texnologiyası, dadı,rəngi və zahiri görünüşünə görə fərqləndiriləcək. Qaliblərə Mədəniyyət və Turizm Nazirliyi, Qəbələ rayon İcra Hakimiyyəti və Milli Kulinariya Mərkəzinin mükafatları təqdim ediləcək.
 

Xatırladaq ki, üçüncü Qəbələ Beynəlxalq Mürəbbə Festivalı Mədəniyyət və Turizm Nazirliyi, Milli Kulinariya Assossiasıyası, Milli Kulinariya Mərkəzi və Qəbələ İcra Hakimiyyətinin təşkilatçılığı ilə keçiriləcək.
 

Festival Qəbələdə olan "Qafqaz Karvansaray Oteli"ndə baş tutacaq.