Hər gün dənizdə batan var
Day.Az представляет новость на азербайджанском языке:
Yay mövsümü başlayandan hər gün dənizdə batma hadisəsi qeydə alınır.
Trend Fövqəladə Hallar Nazirliyinin saytına istinadən xəbər verir ki, Dövlət Sularda Xilasetmə Xidmətinə daxil olmuş məlumata əsasən, bu gün Bakı şəhəri, Qaradağ rayonunda 1 nəfər dənizdə çimərkən batmaq təhlükəsi ilə üzləşib.
Abşeron rayonunda da 1 nəfər dənizdə çimərkən batmaq təhlükəsi ilə üzləşib.
Bakı şəhəri, Sabunçu rayonunda isə 2 nəfər dənizdə çimərkən batmaq təhlükəsi ilə üzləşmişdir.
Bundan başqa, Sumqayıt şəhərində 1 nəfər dənizdə çimərkən batmaq təhlükəsi ilə üzləşib.
Bütün hallarda vətəndaşlar Fövqəladə Hallar Nazirliyinin dalğıc-xilasediciləri tərəfindən xilas edilib.
Bu gün Sumqayıtda dənizdə batan iki gəncin həyatını isə xilas etmək mümkün olmayıb.
Заметили ошибку в тексте? Выберите текст и сообщите нам, нажав Ctrl + Enter на клавиатуре