Gözlərinin işığını itirən məşhur müğənnimiz ölüm təhlükəsində

Day.Az представляет новость на азербайджанском языке:

Şəkərli diabet xəstəliyindən əziyyət çəkən və buna görə də uzun müddətdir ki, görünməyən əməkdar artist Kəmalə Rəhimli məclislərin birində üzə çıxıb.
 

Publika.az-ın fotokamerasına tuş gələn sənətçi səhhətinin hələ də yaxşılaşmadığını deyib:
 

"Heç yerə çıxa bilmirəm. Bir müddət əvvəl gözümdən əməliyyat olunsam da, səhhətim düzəlmədi. Çox pis görürəm. Yenidən əməliyyat olunmalıyam, amma çox qorxuram. Axı, şəkər xəstəliyindən əziyyət çəkirəm. Həkimlər deyir ki, əməliyyat səhhətim üçün risqlidir, nəticəsi ağır ola bilər. Mən isə hələ yaşamaq istəyirəm".