Piyada keçidindən istifadə etmədi, maşın altında qaldı - FOTOLAR

Day.Az представляет новость на азербайджанском языке:

Bakıda avtomobil yolu keçmək istəyən piyadanı vurub.
 

APA TV-nin məlumatına görə, hadisə Neftçilər prospektində qeydə alınıb. Kukla teatrının yanında yolu keçmək istəyən və hələlik kimliyi müəyyən edilməyən 25-30 yaşlarındakı şəxsi "Jeep" markalı maşın vurub. Piyada aldığı xəsarətlər nəticəsində hadisə yerindəcə keçinib. Əraziyə təcili yardım çağırılıb. Daha sonra polis əməkdaşları gəliblər.
 

Qeyd edək ki, hadisə Kukla teatrının yanındakı yeraltı piyada keçidinin qarşısında baş verib.
 

Polisin ilkin araşdırması zamanı məlum olub ki, piyada keçidindən istifadə etməyən şəxs qəfil yolu keçmək istəyərkən maşın tərəfindən vurulub.
 

Qəzadan sonra yolda sıxlıq yaranıb və yolu açmaq üçün əraziyə əlavə polis qüvvələri cəlb olunub.
 

Faktla bağlı Səbail Rayon Polis İdarəsində araşdırma aparılır.

Şəkilləri böyütmək üçün klikləyin: