Taksi xidmətindən istifadə etdilər, sonra da sürücünü soydular

Day.Az представляет новость на азербайджанском языке:

Hazırda cinayəti törədən şəxslərin müəyyən edilərək həbs edilməsi istiqamətində əməliyyat tədbirləri görülür
 

Bakının Sabunçu rayonunda taksi sürücüsü quldurluqla üzləşib. Avtosfer.az xəbər verir ki, hadisə rayonun Pirşağı qəsəbəsində qeydə alınıb.

Məlumata görə, Sabunçu qəsəbəsində iki nəfər naməlum şəxs taksi fəaliyyəti ilə məşğul olan Bakı şəhər sakini, 1989-cu il təvəllüdlü Ayaz Mahmudovun maşınına əyləşiblər və onları Pirşağı qəsəbəsinə aparmalarını istəyiblər.

Ayaz Mahmudov da onları həmin ünvana aparıblar. Orada həmin şəxslər bıçaqla Ayaz Mahmudova hədə-qorxu gəliblər və pulunu, mobil telefonunu alaraq oradan uzaqlaşıblar.

Ayaz Mahmudov quldurluqla üzləşməsi barədə Sabunçu Rayon Polis İdarəsinin 15-ci polis bölməsinə məlumat verib. Hazırda cinayəti törədən şəxslərin müəyyən edilərək həbs edilməsi istiqamətində əməliyyat tədbirləri görülür.