Yuxuda tez-tez kabus görməyin səbəbi nədir? - CAVAB

Day.Az представляет новость на азербайджанском языке:

Yetkinlik dövründə tez-tez kabus görməyin "gizli depressiya" əlaməti olduğunu bilirdiniz?

"Qafqazinfo"nun məlumatına görə, uşaqlıq, yetkinlik dövrlərində və psixoloji narahatlıq yaşayanlarda kabus görmə halları daha çox müşahidə olunur.

Həddi buluğa çatmış insanlarda kabus görmə "işlərin yolunda olmadığının" göstəricisi kimi qəbul edilir. Bununla yanaşı bu, kabus görən insanda gizli depressiya əlamətinin işarətidir.

Sağlıqlı və xoşbəxt insanlarda zaman-zaman kabus görür. Belə insanların kabusları adətən çox sevdiklərinə, anasına, atasına, uşağına, sevgilisinə pis bir şey olduğunu görür.

Yaxşı yuxu görmək üçün gündüz işlərinizin yolunda getməsi vacib şərtdir. Eyni zamanda axşam saatlarında yüngül yeməklər yeməyiniz lazımdır.