Yol polisi “Qarabağ”ın hücumçusunu saxladı - FOTO

Day.Az представляет новость на азербайджанском языке:

"Qarabağ" Futbol Klubunun yeni transferi Əlhərbi Əl Jadeyui təkcə komandasına yox elə Bakının yollarına da uyğunlaşa bilmir.

ANS PRESS-in futbolinfo.az-a istinadən verdiyi məlumata görə, mərakeşli yarımmüdafiəçi yol-hərəkət qaydalarını pozduğu üçün yol polisi tərəfindən saxlanılıb.

Hadisə Suraxanı rayonu Bülbülə qəsəbəsində, Səttar Bəhlulzadə küçəsində baş verib. Futbolçunun saxlanıldığı yer klubun bazasına yaxın olduğundan güman ki, Əl Jadeyui də məhz ora tələsirmiş.

Hələ komandaya uyğunlaşa bilməyən mərakeşli futbolçunu ölkə futbol ictimaiyyəti tez-tez tənqid edir.
 

Yarımmüdafiəçi yenicə özünə gəlməmiş yenə bəxti gətirməyib. "Yanq Boyz"la ilk matçda zədələnən oyunçu Bakıda keçirilən cavab matçını da buraxmalı olub. 

Şəkli böyütmək üçün klikləyin: