Bakıda sərnişin avtobusu qəflətən alovlandı - YENİLƏNİB - VİDEO

Day.Az представляет новость на азербайджанском языке.

---------
17:20

Fövqəladə Hallar Nazirliyi Bakıda sərnişin avtobusunun yanması ilə əlaqədar rəsmi açıqlama yayıb.

APA nazirliyin rəsmi istinadən xəbər verir ki, hadisə paytaxtın Sabunçu rayonunda baş verib.

"TRANS-QEYT" MMC-yə məxsus sərnişin avtobusunun yanar hissələri yanıb.

Yaxınlıqdakı avtomobillər yanğından mühafizə olunub.

Yanğın saat 14:57-də yanğınsöndürənlər tərəfindən söndürülüb.


---------
15:39

Bakı şəhərində avtobus yanır.

Fövqəladə Hallar Nazirliyinin (FHN) mətbuat xidmətindən APA-ya verilən məlumata görə, hadisə Heydər Əliyev prospektində baş verib. Orada sürücüsü hələlik məlum olmayan avtobus yanır. FHN-in Yanğından Mühafizə Xidmətinin əməkdaşları yanğının söndürülməsi istiqamətində iş aparırlar.


FHN- in mətbuat xidmətindən avtobusda sərnişin olmadığı bildirilib.



фото

фото