"Ledi Qaqa" Şəkidə səhnəyə bu geyimdə çıxdı - FOTOLAR

Day.Az представляет новость на азербайджанском языке.


IV Beynəlxalq Qafqaz Moto Festivalın bağlanış mərasimi "Beatles" qrupu və "Ledi Qaqa"nın tribute-larının coşduran çıxışları ilə davam edir.

ANS PRESS-in məlumatına görə, festival boyu keçirilən müsabiqələrdə qalib gələn baykerlər mükafatlandırıldıqdan sonra səhnə "Beatles" qrupu və "Ledi Qaqa"nın tribute-larının ixtiyarına verilib.

Bağlanış mərasiminə toplaşan yerli sakinlər və turistlər əsl bayram əhval ruhiyyəsindədir. Tribute-ların coşduran çıxışları hər kəsi ayağa qaldırıb.

"Ledi Qaqa" səhnəyə qara, tül geyimdə çıxıb.

Mərasim iştirakçıları, baykerlər - hər kəs ayaq üstdə muqisi sədaları altında rəqs edir, əylənir. Gecəyə damğanı isə "Natiq" ritm qrupu vuracaq.

Qafqazın dördüncü beynləxlaq festivalının sonuncu günü - bağlanış bu günü Milli Qəhrəman Çingiz Mustafayevin ad gününə təsadüf edir.

"Ledi Qaqa" Tribute-nun performansı.

Böyütmək üçün şəkillərə klikləyin: